- Köhnə - Cəmiyyət
- 5 Sentyabr 2018 08:19
- 7 066
“Bütün şagirdlərin gözləri müayinə olunmalıdır” - Pediatr
Yeni dərs ilinin başlanmasına az qalıb. Əgər uşağınızın görmə qabiliyyətindən şübhələnirsinizsə, mütləq oftalmoloqa müraciət edin. Çünki bir azdan dərslə bağlı gözə düşən yük daha da artacaq.
AzNews.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə tanınmış pediatr Vaqif Qarayev qeyd edib.
O bildirib ki, yeni tədris ilindən qabaq bütün şagirdlərin gözləri müayinə olunmalıdır: “Son vaxtlar uşaqlarda görmə problemləri artır. Səbəbləri isə müxtəlifdir. Bu gün mövcud olan texnoloji yeniliklər əsas səbəblərdən biridir. Əslində, heç bir problemi olmayan uşaqlar da məktəbqabağı oftalmoloqun müayinəsindən keçməlidir”.
AzNews.az