Toy gözəl adət olsa da bəzən heç də müsbət emosiyalarla yadda qalmır. Bunda isə səbəb bəzən toyların “olmazsa olmaz”ı hesab edilən davalardır. Toy gözəl adət olsa da bəzən heç də müsbət emosiyalarla yadda qalmır. Bunda isə səbəb bəzən toyların “olmazsa olmaz”ı hesab edilən davalardır.

Toyda dava olmasa, olmaz? – Psixoloq şərhi

Toy gözəl adət olsa da bəzən heç də müsbət emosiyalarla yadda qalmır. Bunda isə səbəb bəzən toyların “olmazsa olmaz”ı hesab edilən davalardır.

Psixoloq Aidə Səlim AzNews.az-a danışarkən qeyd edib ki, hətta insanların psixologiyasında “Toyda dava düşər” fikri də yayılıb.

“Təbii ki, bu hal heç də xoş və ürəkaçan deyil. İki insanın ən xoşbəxt günündə bu cür xoşagəlməz hadisələrə səbəb olmaqdansa, yeni ailə həyatı qurmuş cütlüyə dəstək olmaq lazımdır. Nəzərə alsaq ki, cütlük toya hazırlıq dönəmində kifayət qədər stresli bir prosesdən keçib, əlavə olaraq isə belə münaqişələrin olması onlara ikiqat mənfi təsir göstərəcək. Hər şeydən əvvəl o cütlüyü düşünərək etik qaydalara uyğun davranış göstərilməsinə çalışılmalıdır. Toyda düşən davalara, yaşanılan münaqişələrə gəldikdə isə, onların bir neçə müxtəlif səbəbi var. Bunlardan başlıcası isə, adətən davaya səbəb olan insanların spirtli içkilərdən istifadəsi və nəticə etibarilə özünə nəzarət hissinin itirilməsidir.

Təəssüf hissi ilə qeyd etmək istərdim ki, bu zaman içkili şəxs nəinki özünə və toydakı şəxslərə, bilavasitə bəylə gəlinə də neqativ enerji ötürür. Özünə nəzarət hissinin azalması isə insanın toydakı mühitə uyğun olmayan davranışlarına və toya gələn digər qonaqların da narazılığına səbəb olur. İçkili olan insan ona qarşı deyilən hər hansı bir sözə qarşı ani reaksiya verərək, məsələni konflikt səviyyəsinə gətirib çıxarır və istəməyərək olsa belə, toyda o “məşhur” davaların təməli qoyulur.

Digər ən çox yayılan səbəblərdən biri kimi isə ilk baxışda insana çox sadə gəlsə də bir çox davalar toyda sifariş edilən musiqilərlə əlaqədardır. Ya istədiyi mahnı o toya uyğun olmur, ya dediyi vaxtda mahnı səslənmir. Bu zaman insanların bir az anlayışlı davranmasında fayda vardır. Ən azı unutmaq olmaz ki, sizin kimi digər qonaqların da bu mövzuda haqqı var və bəzən zaman məhdudiyyəti səbəbilə mahnı istəyiniz tez bir halda reallaşa bilməz.

Hesab edirəm ki, psixoloji faktor olaraq biz bir çox insanlarda empatiya hissinin az olmasını və özünütəsdiq problemini yaşamasını da qeyd edə bilərik. Hər zaman vurğuladığımız kimi: “Özünə məsləhət bilmədiyini başqasına rəva bilmə”. Yəqin ki, heç kəs ev sahibliyi etdiyi hər hansı tədbir və ya məclislərdə belə xoşagəlməz hadisə yaşamaq istəməz. Bu zaman mümkün olduğu qədər başqasının xoş günündə də özünə nəzarət hissini gücləndirmək, toy zamanı anlayışlı olmaq lazımdır. Əminəm ki, heç bir insan toy gününü “davalı gün” kimi xatırlamaq istəməz. Qısası, öz toyunuzda görmək istəmədiklərinizi başqasına yaşatmamaqda fayda vardır”.

Səidə Nurməmmədli,
AzNews.az