Avrasiyanın ən mühüm logistik mərkəzi

Sürətlə qloballaşan dünyada logistika və ticarət iqtisadi artımın mühüm təkanverici qüvvəsinə çevrilməklə, əsas sektorlarda birbaşa xarici investisiya qoyuluşlarının həcmini artırmağa şərait yaradır. Hesablamalar göstərir ki, inkişaf etmiş nəqliyyat və logistika sistemi ÜDM-də 3 faizədək birbaşa artıma imkan verir. Qeyri-neft sektorunun inkişafı üzrə prioritet sahələrdən biri kimi logistika iqtisadiyyatın bütün digər sektorlarının bir-biri ilə əlaqələndirilməsində mühüm amil kimi çıxış edərək, bu sektorların irəliləməsində təkanverici qüvvə rolunu oynayır.

Ölkəmiz də ümumi iqtisadi tərəqqi baxımından logistika sektorunun gücləndirilməsinin labüdlüyünü və mövcud potensialı nəzərə alaraq, bu sahədə mühüm hədəflərə nail olmağı qarşıya məqsəd kimi qoymuşdur. Bu baxımdan regionda əhəmiyyətli logistika və ticarət qovşağına çevrilmək məqsədilə ölkənin strateji coğrafi mövqeyindən səmərəli istifadə edilməklə, tranzit yüklərin ölkə ərazisindən keçən nəqliyyat dəhlizlərinə cəlb olunması, bölgələrdə logistika və ticarət mərkəzlərinin yaradılması, eyni zamanda, yeni biznes, məşğulluq və əlavə dəyər imkanları qiymətləndirilərək, ölkənin cəlbediciliyinin artırılması başlıca hədəflərdəndir. Təsadüfi deyil ki, Prezident İlham Əliyevin təsdiq etdiyi strateji yol xəritələrindən biri də Azərbaycanda logistika və ticarətin inkişafı ilə bağlıdır. Bu Strateji Yol Xəritəsi logistika və ticarət sahəsində iqtisadi inkişaf üzrə Azərbaycanın 2020-ci ilədək, 2025-ci ilədək və 2025-ci ildən sonrakı dövr üçün qısa, orta və uzunmüddətli perspektiv istiqamətlərini müəyyən edir. Həyata keçirilən tədbirlər nəticəsində 2020-ci ildə Azərbaycanda real ÜDM-in 605 milyon manat artacağı, eyni zamanda, ümumilikdə, 18900 yeni iş yerinin yaradılacağı proqnozlaşdırılır.

Azərbaycanın coğrafi mövqeyi ticarət həcmlərinin müntəzəm artırılmasına imkan verir. Belə ki, həm Şərq-Qərb, həm də Şimal-Cənub dəhlizləri üzərindəki əlverişli coğrafi mövqeyi sayəsində ölkəmiz həm tranzit ticarəti, həm də idxal-ixrac əməliyyatlarından pay əldə etmək imkanına malikdir. Azər­bay­can hö­ku­mə­ti­nin yü­rüt­dü­yü düz­gün si­ya­sət nə­ti­cə­sin­də öl­kə­miz Av­ro­pa ilə Asi­ya­nı bir­ləş­di­rən nəq­liy­yat inf­rast­ruk­tu­ru­nun önəm­li his­sə­si­nə çev­ril­mək­də­dir. Ölkəmiz möv­cud nəq­liy­yat po­ten­sia­lı­nı və tran­zit im­kan­la­rı­nı ar­tır­maq, bu sa­hə­də öz rə­qa­bət­qa­bi­liy­yət­li­li­yi­ni yük­səlt­mək məq­sə­di­lə bö­yük sər­ma­yə­lər qo­yur, öl­kə da­xi­lin­də və re­gi­on­da irimiq­yas­lı inf­rast­ruk­tur la­yi­hə­lə­ri­ni hə­ya­ta ke­çi­rir. Bu­na uğur­lu mi­sal ki­mi Ba­kı-Tbi­li­si-Qars də­mir yo­lu və Ye­ni Ba­kı Bey­nəl­xalq Də­niz Ti­ca­rət Li­ma­nı la­yi­hə­lə­ri­ni qeyd et­mək olar. Ye­ni Ba­kı Bey­nəl­xalq Də­niz Ti­ca­rət Li­ma­nı la­yi­hə­si çər­çi­və­sin­də, həm­çi­nin re­gi­on­da müa­sir yük­da­şı­ma tə­ləb­lə­ri­nə ca­vab ve­rən iri lo­gis­tik mər­kəz ya­ra­dıl­maq­da­dır. Bu mər­kəz re­gio­nal lo­gis­tik qov­şaq funk­si­ya­sı ye­ri­nə ye­tir­mək­lə sö­zü­ge­dən nəq­liy­yat dəh­liz­lə­ri­nin sə­mə­rə­li­li­yi­nin ar­tı­rıl­ma­sı­na və on­la­rın po­ten­sia­lın­dan mak­si­mum ya­rar­lan­ma­ğa şə­ra­it ya­ra­da­caq. Həmçinin Av­ro­pa ilə Asi­ya­nı bir­ləş­di­rən və dün­ya­nın 100 bö­yük la­yi­hə­si si­ya­hı­sı­na da­xil olan Ba­kı-Tbi­li­si-Qars də­mir yo­lu xət­ti­nin in­şa­sı xü­su­si stra­te­ji əhə­miy­yət da­şı­yır. Çün­ki Ba­kı-Tbi­li­si-Qars də­mir yo­lu xət­ti­nin işə düş­mə­si Azər­bay­ca­nın döv­lət müs­tə­qil­li­yi­nin güc­lən­di­ril­mə­sin­də, iq­ti­sa­di qüd­rə­ti­nin ar­tı­rıl­ma­sın­da ye­ni mü­hüm stra­te­ji amil­dir. Bu, həm də la­yi­hə­nin ic­ra­sın­da na­dir əmək­daş­lıq for­ma­tı gös­tə­rən üç öl­kə - Azər­bay­can, Gür­cüs­tan və Tür­ki­yə ara­sın­da­kı əla­qə­lə­rin stra­te­ji tə­za­hü­rü­nü bü­tün dün­ya­ya nü­ma­yiş et­di­rir. Ən əsa­sı isə bu də­mir yo­lu­nun işə düş­mə­si re­gi­on­da sa­bit­li­yə, xalq­la­rı­mı­zın da­ha da ya­xın­laş­ma­sı­na və iq­ti­sa­di in­ki­şa­fa ən bö­yük töh­fə­dir.

Bu günlərdə Prezident İlham Əliyevin iştirakı ilə paytaxtın Qaradağ rayonunun Lökbatan qəsəbəsində inşa olunan Abşeron Logistika Mərkəzinin açılışı keçirildi. Görülən işlər barədə dövlətimizin başçısına məlumat verilərkən bildirildi ki, mərkəzin inşasına 2017-ci ilin aprelində başlanılıb. Tarixi İpək Yolunun üzərində yerləşən Abşeron Logistika Mərkəzinin sutkalıq yükaşırma gücü 30 min ton təşkil edir ki, bu da ildə təqribən 11 milyon ton yükə bərabərdir. Bu mərkəz vasitəsilə Azərbaycanın kənd təsərrüfatı məhsullarının xarici ölkələrə ixracı planlaşdırılır. Abşeron Logistika Mərkəzi bütün xidmətləri təklif etməklə vaxta qənaəti və xərclərin azalmasını təmin edir. Müəssisə ilk mərhələdə 28 hektar ərazidə dəmir yolu və avtomobil yollarının qarşılıqlı əlaqəsini təmin edərək logistika xidməti göstərməyə başlayacaq. İkinci mərhələdə isə 35 hektar ərazi üçün layihə hazırlanıb. Bu mərhələnin yekunlaşmasından sonra Logistika Mərkəzi həm Azərbaycanın, həm də Qafqazın coğrafı logistik inkişafına, həmçinin ölkəmizin iqtisadi tərəqqisinə böyük töhfə verəcək. Mərkəz vahid gömrük məntəqəsi kimi qəbul olunub. İdxal, ixrac və tranzit gömrük əməliyyatları ərazidə yerləşən gömrük orqanları tərəfindən həyata keçirilir. Bütün xidmətlərin “vahid pəncərə” sistemi ilə bir nöqtədən idarə olunduğu müəssisədə ümumilikdə 350 nəfər işlə təmin edilib.

Vurğulandı ki, Abşeron Logistika Mərkəzində 2400 konteyner tutumu olan terminal, tutumu 21 min ton olan iriölçülü yük terminalı, 8100 kvadratmetrlik qapalı anbar sahəsi, açıq yük platforması və ən müasir texnikalar xidmət göstərəcək. Mərkəzdə yük maşınları üçün 200 yerlik park yaradılıb, dəmir yolu körpüsü və avtomobil yolları inşa edilib. Burada üçmərtəbəli gömrük, inzibati və müştəri xidmətləri binası, həmçinin giriş-çıxışa nəzarət, texniki, ictimai obyekt binaları inşa edilib. Mərkəzdə 6-sı qatar qəbulu, 2-si konteyner, 2-si açıq yük və 2-si anbar sahələrinə boşaltma və yükləmə xətləri olmaqla, ümumilikdə 12 kilometr uzunluğunda dəmir yolu xətti var. Müəssisədə illik yükaşırma qabiliyyəti 3,5 milyon ton olan terminal vasitəsilə idxal, ixrac və tranzit yüklərin daşınması da icra olunacaq.

Abşeron Logistika Mərkəzinin əsrlər boyu mədəniyyətləri və qitələri birləşdirən tarixi İpək Yolunun mərkəzində yerləşən paytaxtımızın Lökbatan qəsəbəsi ərazisində inşa edilməsi xüsusilə əhəmiyyətlidir. Mərkəzin ərazisi ticarət, logistika və sənaye zonalarının kəsişməsində və nəqliyyat şəbəkələrinin mərkəzində yerləşir. Həmçinin bu mühüm infrastruktur obyektinin Bakı-Tbilisi-Qars, İran-Astara-Bakı, Rusiya-Yalama-Ələt dəmir yolu marşrutları ilə əlaqəsi var. Bakı-Tbilisi-Qars dəmir yolu tam gücü ilə fəaliyyətə başladıqdan sonra bu mərkəz vasitəsilə qonşu ölkələrlə idxal-ixrac əməliyyatlarını, eləcə də Azərbaycan ərazisindən multimodal yük daşımalarını daha çevik yerinə yetirməyə imkan yaranacaq. (iki sahil)