Jurnalistə vəzifə verildi

Space televiziyasının "Hər Gün" xəbərlər xidmətinə müdir təyin edilib.

AzNews.az unikal.org-a istinadən xəbər verir ki, bu gün "Space" Müstəqil Teleradio MMC-nin prezidenti Vaqif Mustafayevin əmri ilə tanınmış jurnalist Azadə Balayeva xəbərlər xidmətinə müdir vəzifəsinə gətirilib.

Məlumatı Unikal.org-a Azadə Balayevə təsdiqləyib.

Qeyd edək ki, "Hər Gün" xəbərlər xidmətinin rəhbəri Elman Şirbağırovun işdən ayrılması ilə 2 ildir ki, müdir vəzifəsi boş idi.

AzNews.az