“Aşura günündə şagirdlərin dərsdə iştirakına xüsusi diqqət yetiriləcək” - Nazir

"Şagirdin əsas işi məktəbdə olmaq, dərs oxumaqdır. Biz düşünürük ki, məktəb rəhbərliyi Aşura günündə şagirdlərin dərsdə iştirakına xüsusi diqqət yetirəcək".

AzNews.az-ın Trend-ə istinadən verdiyi məlumata görə, bunu təhsil naziri Ceyhun Bayramov deyib.

Nazirin sözlərinə görə, məktəb rəhbərliyi, sinif rəhbərləri valideynlərlə birlikdə şagirdlərin tədrisdən yayınmamasına diqqət yetirməlidirlər:

"Hesab edirik ki, bu mesajlar sinif rəhbərləri vasitəsilə valideynlərə çatdırılacaq. Valideynlər də şagirdlərin dərsdə iştirakına maraqlı olmalıdırlar və bunu təmin etməlidirlər".

Xatırladaq ki, bu il Aşura günü sentyabrın 20-də olacaq.

AzNews.az