100 yaşlı azərbaycanlı Voronejin fəxri vətəndaşı oldu

İkinci Dünya Müharibəsinin 100 yaşlı iştirakçısı Məmməd Cəbrayılova “Voronejin fəxri vətəndaşı” adı verilib.

Oxu.Az Rusiya KİV-ə istinadla xəbər verir ki, bu qərar şəhər şurasının sentyabrın 12-də keçirilən iclasında qəbul edilib.

Qərarın lehinə 35 deputatdan 33-ü səs verib. Təqdimetmə mərasimi sentyabrın 15-də şəhər günü münasibətilə Lenin küçəsində keçiriləcək mərasimdə baş tutacaq.

Məmməd Cəbrayılov azərbaycanlıdır, Bakıda doğulub. İyulun 1-də onun 100 yaşı tamam olub. İkinci Dünya Müharibəsinin iştirakçısıdır.

AzNews.az