Oğlan uşaqları daha çox doğulub - Əsgərlərimizin sayı artır

Dövlət Statistika Komitəsi demoqrafik hesabat yayıb.

AzNews.az-ın məlumatına görə, hesabatda qeyd olunur ki, Ədliyyə Nazirliyinin qeydiyyat şöbələri yanvar-iyul aylarında 78673 doğulmuş körpə qeydə alıb. Doğulan körpələrin 53 faizi oğlan, 47 faizi qız uşaqlarıdır.

7 ayda ölkədə 34812 ölüm halı, 33009 nikah və 8538 boşanma rəsmiləşib.

Həmçinin bildirilib ki, Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidməti ölkədə daimi yaşamaq üçün 2109 nəfər gələn, 829 nəfər isə gedən qeydə alıb.

AzNews.az