- Köhnə - Cəmiyyət
- 13 Sentyabr 2018 10:11
- 4 004
Bakı-Sumqayıt yolundan başqa, digər əsas istiqamətlər "dirənib" - Tıxac var
Bakının bir sıra küçə və prospektlərində tıxac və sıxlıq müşahidə edilir.
AzNews.az publika.az-a istinadən xəbər verir ki, bu gün səhər saatlarından etibarən Bakı-Sumqayıt yolunun Xırdalan dairəsindən üzü mərkəzə doğru olan hərəkət zolaqlarında güclü tıxac yaranıb. Yolun bəzi hissələrində bir neçə avtomobildə baş verən nasazlıq tıxacı daha da keçilməz edib.
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən verilən məlumata görə, Bakı-Sumqayıt yolundan başqa, Zərifə Əliyeva, Üzeyir Hacıbəyov, Koroğlu Rəhimov, 28 May küçələrində, Heydər Əliyev, Ziya Bünyadov (“20 Yanvar” metrostansiyası istiqaməti) və Tbilisi prospektlərində də (mərkəz istiqamət) sıxlıq müşahidə edilir.
AzNews.az