Əl keyiməsi hansı xəstəliyin xəbərçisi ola bilər?

Bu problemdən azad olmağın ən yaxşı üsulu nevroloji terapiyadır

Bəzən əlləriniz keyiyirsə, barmaqlarınızı hiss etmirsinizsə və ya kobudlaşmış kimi hiss edirsinizsə, bu, “Karpal tunel” sendromunun xəbərçisi ola bilər.

AzNews.az “Karpal tunel” sendromu haqqında yazını təqdim edir.

Karpal tunel sendromu nə deməkdir?
Bu sindrom bilək nahiyyəsində sinirlərin sıxışması səbəbli meydana gəlir. Sinirlərin sıxışması zamanı əl işləkliyini az da olsa, itirir.

“Karpal tunel” sendromunun əlamətləri nələrdir?
Əldəki keyimə, ağrı və gücsüzlük bu sindromun əlamətləridir. Əldəki keyimə a çox səhərlər hiss edilir, bunun səbəbi isə gecə yatarkən biləyinizi büküb yatmağınızdır. Belə olduğu halda sinirlərin sıxılması baş verir.

“Karpal tunel” sendromunun müalicəsi varmı?
Dərman müalicəsi zamanı gündəlik görülən işləri qəti şəkildə azaltmaq lazımdır. Bunun mümkün olmadığı halda dərman müalicəsinin heç bir faydası olmur.
Bu problemdən azad olmağın ən yaxşı üsulu nevroloji terapiyadır. Bu terapiya zamanı sinirdəki şişkinliklər çəkilir.
Nigar CƏFƏR
AzNews.az