- Köhnə - Cəmiyyət
- 14 Sentyabr 2018 16:23
- 7 149
Namiq Abbasov insult keçirdi
Azərbaycanın sabiq milli təhlükəsizlik naziri Namiq Abbasovun səhhətində ciddi problem yaranıb.
AzNews.az-ın məlumatına görə, bu barədə modern.az-a sabiq nazirin yaxınları məlumat verib.
Məlumata görə, eks-nazir insult keçirib.
"Bir neçə ay olar ki, Namiq Abbasovun səhhətində müəyyən problemlər yaranmışdı. Sonradan insult keçirdiyi bəlli oldu. Bir müddət həkim ciddi nəzarəti altında qaldı, amma hazırda səhhəti normaldır", - sabiq nazirin yaxınları bildiriblər.
Qeyd edək ki, Namiq Abbasov 22 fevral 1940-cı ildə Naxçıvan Muxtar Respublikasının Ordubad şəhərində anadan olub.
1995-ci ilin mart ayından 2004-cü ilin iyul ayınadək Azərbaycan Respublikasının milli təhlükəsizlik naziri vəzifəsində işləyib, general-polkovnik hərbi rütbəsinə qədər yüksəlib.
Nazir postundan azad edildikdən sonra 2004-cü ilin 16 dekabr tarixindən 2012-ci il oktyabrın 31-nə kimi Azərbaycanın Özbəkistan Respublikasında fövqəladə və səlahiyyətli səfiri postunda çalışıb. Səfir vəzifəsini tərk etdikdən sonra təqaüdə çıxıb.
AzNews.az