- Köhnə - Cəmiyyət
- 15 Sentyabr 2018 12:42
- 8 055
Azərbaycan ilə İsrail arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq layihələri müzakirə olunub
Müdafiə sənayesi nazirinin müavini Yəhya Musayev Azərbaycanda səfərdə olan İsrailin müdafiə naziri Aviqdor Libermanla görüşüb.
Müdafiə Sənayesi Nazirliyindən AzNews.az-a bildiriblər ki, görüşdə iki ölkə arasında müdafiə sənayesi üzrə mövcud və perspektiv əməkdaşlıq layihələri müzakirə edilib.
Görüşdə sentyabrda Bakıda keçiriləcək “ADEX-2018” üçüncü Beynəlxalq müdafiə sərgisində İsrailin milli pavilyonla iştirak etməsindən məmnunluq ifadə olunub.
AzNews.az