"Hər iki ölkənin ordusunu burada görmək məni çox məmnun etdi" - Türkiyə vətəndaşı

Türkiyədən gəlib burada bu möhtəşəm paradı seyr etmək çox xoşuma gəldi

AzNews.az xəbər verir ki, bunu Trend-ə İstanbuldan gələn və paradı izləyənlər arasında olan Hava Mənteşi deyib:

"Parad çox xoşuma gəldi. Hər iki xalqın ordusunu burada seyr etmək məni məmnun etdi. Xalqınızın inkişafını görmək isə məni çox sevindirir. Yaşa, var ol, türk milləti!"