- Köhnə - Cəmiyyət
- 19 Sentyabr 2018 17:08
- 4 922
Zakir Həsənov şəxsi heyətin və hərbi texnikalarıın döyüş qabiliyyətini yoxlayıb - Səhra təlimində
Müdafiə naziri, general-polkovnik Zakir Həsənov təlimlərin keçirildiyi bölgələrdə səhra şəraitində yerləşdirilən hərbi hissələrin şəxsi heyətinin, döyüş texnikasının, aviasiya vasitələrinin, raket və artilleriya qurğularının döyüşə hazırolma və döyüş qabiliyyətini yoxlayıb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzNews.az-a bildiriblər ki, genişmiqyaslı təlimlərin planına əsasən müharibə şəraitinə uyğun yaradılmış komanda idarəetmə məntəqələri və müxtəlif poliqonlardakı təlim nöqtələrinə baş çəkən müdafiə naziri şəxsi heyətin, silah-sursatın və döyüş texnikasının təlimlərdə iştirakı, eləcə də tapşırıq və sərəncamların dəqiq icra olunması ilə bağlı müvafiq göstərişlər verib.
Təlimlər davam edir.
AzNews.az