- Köhnə - Cəmiyyət
- 27 Sentyabr 2018 14:56
- 8 927
Dünyanı velosipedlə gəzən macar Ağdamda - Video
Velosipedlə dünya turuna çıxan Macarıstan vətəndaşı Azərbaycana gəlib.
AzNews.az xəbər verir ki, Zoltan Magony adlı səyahətçi Ağdam rayonunda olub.
O, Ağdam sakinləri ilə söhbətində səyahət etdiyi ölkələr arasında Azərbaycanı çox bəyəndiyini vurğulayıb: “Azərbaycanı öz velosipedimlə gəzirəm. Buranın özü kimi, insanları da qəşəngdir. Azərbaycanda olmaqdan həzz aldım”.
O, dünya turunun 60 günə yekunlaşaçağını deyib: “Burdan Beyləqan, Fizuliyə, sonra İrana, oradan isə İraqa gedəcəyəm”.
Bahar RÜSTƏMLİ
AzNews.az