İcazəsiz balıq ovlayan şəxslər saxlanılıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Su Hövzələrində Bioloji Resursların Artırılması və Mühafizəsi Departamenti, Su Nəqliyyatında Polis İdarəsi əməkdaşları ilə birgə Zığ qəsəbəsi istiqamətində Daş Zirə adası yaxınlığında keçirdikləri reyd zamanı icazəsiz balıq ovlayan şəxslər saxlanılıb.

Nazirliyin mətbuat xidmətindən AzNews-a verilən məlumata görə, araşdırma zamanı ov edən şəxslərin Bakı şəhər sakinləri Telman Məmmədov və Aslan Quliyev olduğu müəyyən edilib, onlardan müxtəlif növ balıqlar, ov alətləri və rezin qayıq götürülüb.