- Köhnə - Cəmiyyət
- 29 Sentyabr 2018 12:05
- 6 807
Balığın yanında bu qidaları qəbul etmək təhlükəlidir
Balıq yemək insan sağlamlığı üçün çox faydalıdır. Ürək-damar, yaddaş, göz xəstlikləri üçün balıq əvəzsiz seçimdir. Həftədə 5 dəfədən çox balıq yeyən şəxslərin digər insanlara nisbətən infarkt keçirmək riski 30% daha azdır. Balığın tərkibindəki omeqa 3 vitamini yaddaşın itməsi və unutqanlığın qarşısını alır.
Bəzən deyirlər balıqla birgə hansısa qidanı qəbul etmək olmaz.
AzNews.az balıqla birgə yeməməli olduğunuz qidaları təqdim edir:
Göyərti
Balıqla birlikdə göyərti yemək balıqdan alınan kalsiumun qəbulunu demək olar sıfıra endirir. Özəlliklə qılçığı ilə bərabər yeyilən kiçik balıqları qəbul edərkən, göyərti yeməyiniz məsləhət görülmür.
Qatıq
Bəzən çox insan balıqla birgə qatıq yeməyin insan sağlamlığı üçün təhlükəli olduğunu desə də, bu, belə deyil. Balıqla birgə süd məhsullarının qəbulunun sağlamlığınız üçün heç bir təhlükəsi yoxdur, hətta xeyiri var.
Souslar
Bəzən balığın yanında fərqli dadlar axtara bilərsiniz. Bunun üçün şəkərli və kremli sousları sınamağı ağlınızdan keçirməyin. Balığı kremli və şəkərli souslarla yemək sağlamlığınız üçün təhlükəlidir.
Nigar CƏFƏR
AzNews.az