IX Azərbaycan-Rusiya Regionlararası Forumu çərçivəsində ölkəmizdə səfərdə olan Rusiya Federasiyasının İqtisadi İnkişaf naziri Maksim Oreşkin sentyabrın 29-da Naxçıvan Muxtar Respublikasına səfərə gəlib. IX Azərbaycan-Rusiya Regionlararası Forumu çərçivəsində ölkəmizdə səfərdə olan Rusiya Federasiyasının İqtisadi İnkişaf naziri Maksim Oreşkin sentyabrın 29-da Naxçıvan Muxtar Respublikasına səfərə gəlib.

"Heydər Əliyevin doğulub boya-başa çatdığı qədim diyarda olmağımdan çox məmnunam" - Rusiyanın İqtisadi İnkişaf naziri

IX Azərbaycan-Rusiya Regionlararası Forumu çərçivəsində ölkəmizdə səfərdə olan Rusiya Federasiyasının İqtisadi İnkişaf naziri Maksim Oreşkin sentyabrın 29-da Naxçıvan Muxtar Respublikasına səfərə gəlib.

Qonaq əvvəlcə ümummilli lider Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsi önünə gül dəstəsi qoyub, Heydər Əliyev Muzeyini ziyarət edib. Burada qonağa muzeyin yaradılması barədə məlumat verilib. Bildirilib ki, Heydər Əliyev Muzeyi Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 1999-cu il fevralın 18-də imzaladığı Sərəncamla yaradılıb və həmin ilin may ayının 10-da fəaliyyətə başlayıb.

Qeyd olunub ki, ümummilli lider Heydər Əliyev 1999-cu il oktyabr ayının 13-də muxtar respublikaya səfəri zamanı muzeyə gələrək buradakı ekspozisiya ilə tanış olub. Ulu Öndərin muzeyi ziyarəti zamanı çəkilmiş tarixi fotolar burada nümayiş etdirilir. Muzeydəki eksponatlar görkəmli dövlət xadiminin ictimai-siyasi fəaliyyətini, keçdiyi şərəfli həyat yolunu özündə əks etdirən kitab, qəzet və jurnallardan, 1990-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı və Ali Məclisin Sədri kimi işləyib hazırladığı, qəbul etdiyi tarixi qərar və sərəncamlardan, imzalanmış protokol və müqavilələrdən, məktub və teleqramlardan, istifadə etdiyi xatirə əşyalarından, Ulu Öndərin şərəfinə toxunmuş xalçalardan, çəkilmiş portretlərdən, tarixi fotolardan və sənədli filmlərdən ibarətdir. Muzeydə zəngin fond materialları, orijinal sənədlər və eksponatlarla dahi rəhbərin mənalı həyatı, xalqımızın rifahı, xoş gələcəyi naminə siyasi fəaliyyətinin ayrı-ayrı dövrləri, mərhələləri işıqlandırılıb. Dahi şəxsiyyətin muzeylərə sığmayan zəngin ömür yolunu əks etdirən dəyərli ekspozisiyada Ulu Öndərimizin uşaqlıq və gənclik dövrü, təhsil illəri, ilk əmək fəaliyyəti, 1969-1982-ci illərdə Azərbaycana rəhbərliyinin birinci dövrü, Moskvada çalışdığı və yaşadığı dövr, Naxçıvana qayıdışı, muxtar respublikaya rəhbərlik etdiyi illər, müstəqil Azərbaycanın memarı kimi fəaliyyəti dövrü zəngin materiallarla nümayiş etdirilir.

Sonra qonaq Naxçıvan şəhərindəki 3 nömrəli tam orta rus məktəbində olub. Məlumat verilib ki, Naxçıvan şəhər 3 nömrəli tam orta rus məktəbi 1939-cu ildən fəaliyyət göstərir. 2017-ci il yanvarın 11-də məktəbin binası əsaslı yenidənqurmadan sonra istifadəyə verilib. 600 şagird yerlik məktəbdə beşi elektron lövhəli olmaqla 32 sinif otağı, kimya-biologiya və fizika laboratoriyaları, hərbi kabinə, iki kompüter otağı, müəllimlər otağı, şahmat otağı, kitabxana, bufet və idman zalı fəaliyyət göstərir. Məktəbdə 42 kompüter quraşdırılıb və internetə qoşulub.

Maskis Oreşkin məktəbdə yaradılan şəraitlə yaxından tanış olub, müəllimlərlə görüşüb.

Maskis Oreşkin səfərinin məqsədi və təəssüratları barədə danışıb: “İlk dəfədir Naxçıvan Muxtar Respublikasına səfər edirəm. Səfər tanışlıq məqsədi daşıyır. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin doğulub boya-başa çatdığı bu qədim diyarda olmağımdan çox məmnunam. Bura gözəl və təmiz şəhərdir, çox gözəl havası və təbiəti var”.

Naxçıvan şəhərindəki Heydər Əliyev Muzeyində olan çoxsaylı qiymətli eksponatlar və şəhər 3 nömrəli tam orta rus məktəbində yaradılan şəraitin onda zəngin təəssüratlar yaratdığın vurğulayan Rusiya Federasiyasının iqtisadi inkişaf naziri deyib: “Çalışacağam ki, Naxçıvan şəhərindəki 3 nömrəli tam orta rus məktəbi ilə Rusiyadakı hər hansı müvafiq bir məktəb arasında qarşılıqlı əməkdaşlıq qurulmasında öz töhfəmi verim. İstərdim ki, naxçıvanlı məktəblilər Rusiyaya, rusiyalı məktəblilər isə Naxçıvan Muxtar Respublikasına səfərlər edə bilsinlər və gələcəkdə Rusiya ilə Azərbaycandakı ali təhsil müəssisələri arasında tələbə mübadiləsi aparılmasına şərait yaradılsın”. (Azərtac)

AzNews.az

image description image description image description