Qida sənayesində istehsal olunan məhsullar birbaşa insan sağlamlığına təsir edə bildiyindən mütəmadi olaraq keyfiyyət testləri tətbiq edən yerli və beynəlxalq qurumların nəzarətində olur, eyni zamanda, xüsusi standartlara cavab verən sertifikatlarla fəaliyyət göstərirlər. Qida sənayesində istehsal olunan məhsullar birbaşa insan sağlamlığına təsir edə bildiyindən mütəmadi olaraq keyfiyyət testləri tətbiq edən yerli və beynəlxalq qurumların nəzarətində olur, eyni zamanda, xüsusi standartlara cavab verən sertifikatlarla fəaliyyət göstərirlər.

Enerji içkiləri haqda şayiələr necə yaranır?

Qida sənayesində istehsal olunan məhsullar birbaşa insan sağlamlığına təsir edə bildiyindən mütəmadi olaraq keyfiyyət testləri tətbiq edən yerli və beynəlxalq qurumların nəzarətində olur, eyni zamanda, xüsusi standartlara cavab verən sertifikatlarla fəaliyyət göstərirlər.

Azərbaycan enerji içkisi bazarında böyük pay sahibi olan "HELL” şirkəti də bu lisenziya və sertifikatlarla fəaliyyət göstərən məhsullardandır. Bütün bunlara baxmayaraq, vaxtaşırı müəyyən məhsulların, xüsusilə də enerji içkiləri haqqında mənfi xəbərlər də yayılır.

Bəs görəsən, bu məhsullara qarşı mənfi iddiaların olmasına səbəb nədir? Əgər iddialar faktlarla öz təsdiqini tapmırsa, o zaman bu şayiələr necə yaranır?

Marketoloq Nicat Manafov deyir ki, bəzən böhtan və şayiə tipli yazılar sifariş xarakterli olur və qəsdən yazdırılır. Ümumiyyətlə enerji içkilərinin ziyanı barədə danışıldıqda isə, müsahibimiz bu məsələdə əsas məsuliyyətin istehlakçıda olduğunu bildirir:

"Ümumi baxıldıqda brenddən asılı olmayaraq, bütün enerji içkiləri xüsusi lisenziyalar alıb, yoxlanışdan keçdikdən sonra istehlakçının qarşısına çıxır. Əgər beynəlxalq və yerli standartlara cavab verirsə, o zaman həmin içkidən kiminsə ölməsi absurddur. Bununla belə, ən zərərsiz hesab elədiyimiz qidalar belə həddindən artıq istifadə edildikdə insan bədəninə zərərli ola bilər. Eyni zamanda, standartlara cavab verən enerji içkilərinin qablaşdırmasının üzərində onun tərkibi, istifadə qaydası yazılır və istehlakçı özü həmin qaydalara əməl etməkdə maraqlı olmalıdır”.

Enerji içkiləri haqqında iddialar isə bununla yekunlaşmır. Bəzi iddialara əsasən isə üzərində Azərbaycan dilində yazılmayan enerji içkiləri vətəndaşların istifadəsinə verilir. Bununla bağlı, Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun fikirlərini aldıq:

"Azərbaycanda olan rəsmi distrubuterin gətirmiş olduğu bütün enerji içkilərinin üzərində Azərbaycan dilində məlumat yerləşdirilməlidir və HELL bankalarının üzərində Azərbaycan dilində məlumatlar da əks olunubdu. Bununla yanaşı, HELL qutularının üzərində tərkibi və lazımi bütün məlumatlar qeyd olunubdu”.

Məsələ ilə bağlı Azərbaycan enerji içkisi bazarında böyük pay sahibi olan "HELL” şirkətinin də mövqeyini öyrəndik.

"HELL”in lazımi beynəlxalq, həm də yerli qurumların xüsusi keyfiyyət lisenziyalarına sahib olduğunu qeyd edən HELL-in kommunikasiya direktoru Eszter Toth, bu tipli böhtan və şayiələrlə mütəmadi qarşılaşdıqlarını və ehtiyac olduğu təqdirdə məsələni hüquqi müstəviyə daşıdıqlarını əlavə edir.

Sözügedən içkinin təxminən 90%-nin hər kəsin gündəlik istifadə etdiyi sudan ibarət olduğunu deyən müsahibimiz, digər əsas inqrediyentin isə stimulyator rolu oynayan və 5000 illik tarixi olan, hətta gündəlik çay və kofedə də istifadə olunan kofein olduğunu qeyd edir. Bununla yanaşı, o əlavə edirki, enerji içkilərinin mühüm tərkib hissələri isə həm ətdə, həm ana südündə, həm də uşaq yeməklərində mövcud olan taurin maddəsidir və ürək-damar sisteminin dözümlülüyünün artıran və beynin normal inkişafına müsbət təsir edən müxtəlif B vitaminləridir.

Sitat: "”HELL” olaraq, daima insan sağlamlığına çox həssas yanaşırıq və ən sərt beynəlxalq ərzaq təhlükəsizliyi standartı olan FFSC-22000-ə cavab verən zavodumuzda istehsal etdiyimiz məhsullarımıza zəmanət veririk. Eyni zamanda, mütəmadi olaraq qutularımızın üzərində, uşaqlara, hamilə və laktasiya dövründə olan qadınlara məsləhət görülmədiyini vurğulayırıq. Hətta 18 yaşdan aşağı olan insanlar arasında da heç bir təbliğat aparmırıq. Biz həmişə istifadəçiləri məlumatlandırmağa çalışmışıq və onlardan sadəcə faktlara inanmalarını və bütün məlumatların qutuların arxasında yazıldığını bildirmək istəyirik”.

AzNews.az