- Köhnə - Cəmiyyət
- 4 Aprel 2013 07:39
- 3 337
Növbəti sınaq imtahanına yazılış başladı
TQDK-nın mətbuat xidmətindən verilən xəbərə görə, yazılışda iştirak edəcək abituriyentlər aprelin 21-də keçiriləcək sınaq imtahanında iştirak etmək imkanı əldə edəcək. Aprelin 21-də keçiriləcək sınaq və 28-də keçiriləcək təkrar sınaq imtahanı iştirakçılarına yeni (2 nömrəli) test kitabçası təqdim olunacaq.
Qeyd edək ki, TQDK aprelin 7-də abituriyentlərin qəbul imtahanlarına səmərəli hazırlaşmalarına kömək məqsədilə respublikanın 28 şəhər və rayonunda sınaq imtahanları keçirəcək. Aprelin 14-də isə təkrar sınaq imtahanı olacaq. Bu imtahanlara yazılış artıq başa çatıb.
Ümumilikdə 46 binada keçiriləcək imtahanda respublika üzrə 34464 abituriyentin iştirakı nəzərdə tutulub.
AzNews.az