- Köhnə - Cəmiyyət
- 6 Aprel 2013 08:53
- 3 758
Eldəniz Quliyev erməniləri müdafiə etdi
“Erməni xalqı günahsızdır”
"Qarabağ savaşının günahını erməni xalqının boynuna yıxmaq düzgün deyil". Bu sözləri Moderator.az saytına Ziyalılar Birliyinin sədri, yazıçı-kinodramaturq Eldəniz Quliyev bildirib.
E.Quliyevin bildirdiyinə görə, hansısa bir cinayətdə xalqları ittiham etmək yanlışdır: "Qarabağ savaşına görə erməni xalqını günahlandırmaq doğru yanaşma hesab oluna bilməz. Çünki xalqlar heç vaxt günahkar olmurlar. Bu gün də bəşəriyyət dünya savaşına görə alman xalqını deyil, yalnız faşizmi lənətləyir. Çünki həqiqətən də baş verənlərin günahkarı alman xalqı deyil, faşistlər idi. Ona görə də xalqla siyasi hakimiyyətləri ayırmaq, siyasi rejimlərin təqsirini xalqın üzərinə yıxmamaq lazımdır".
AzNews.az