“İsa Qəmbərin oğlunun bu ay üçün nəzərdə tutulan toy mərasimi təxirə salınmayıb” “İsa Qəmbərin oğlunun bu ay üçün nəzərdə tutulan toy mərasimi təxirə salınmayıb”

İsa Qəmbərin oğlunun toyu təxirə salınmayıb

“İsa Qəmbərin oğlunun bu ay üçün nəzərdə tutulan toy mərasimi təxirə salınmayıb”



Bunu Modern.az-a açıqlamasında Müsavat Partiyasının başqan müavini Gülağa Aslanlı bildirib.

Partiya yetkilisi İlkin Qəmbərin paytaxtda fəaliyyət göstərən şadlıq saraylarının birində aprelin 17-ə razılaşdırılan toy mərasiminin keçirilməsinin restoran sahibi tərəfindən təxirə salınması haqda yayılan xəbərləri təkriz etməyib.

"Bu informasiya doğru ola bilər. Amma qeyd edim ki, toy təxirə salınmayıb, inşallah toy olacaq. Ayın 17 olmayacaq 16-sı olacaq, hər halda toy olacaq. Bir neçə şadlıq sarayı ilə danışırlaq aparılırdı"-deyə G.Aslanlı bildirib.

İlkin Qəmbərin toy mərasiminin nə zaman keçiriləcəyi ilə bağlı suala G.Aslanlı ailə məsələsi olduğu üçün cavab vermək istəmədiyini deyib.

Qeyd edək ki, Müsavat başqanı İsa Qəmbərin böyük oğlu İlkin Qəmbər bu ilin fevral ayında NİDA hərəkatının üzvülərindən olan Püstə Məmmədova ilə nişanlanıb.

AzNews.az