- Köhnə - Cəmiyyət
- 9 Aprel 2013 16:57
- 2 171
Şeyx İran-Azərbaycan münasibətlərindən danışdı
“İranla Azərbaycanın münasibətlərinə xələl gətirmək istəyən qüvvələr var”
Aprelin 9-da Qafqaz Müsəlmanları İdarəsində Fatimeyi-Zəhranın vəfatı günü münasibətilə tədbir keçirilib.
"Media forum" saytı xəbər verir ki, tədbirdə çıxış edən şeyxülislam Allahşükür Paşazadə İran-Azərbaycan münasibətlərinə də toxunub: "Hər iki tərəfdə bu münasibətlərə xələl gətirmək istəyən qüvvələr var. Amma biz din adamları buna imkan verməməliyik. İranla Azərbaycanın qardaşlıq münasibətlərinin daha da yaxşılaşmasına çalışmalıyıq".
AzNews.az