Prezidentliyə namizəddən piket qərarı

Hüquq müdafiəçisi Vidadi İsgəndərli Göyçay sakini Seyidov Miri Mirheydər oğlunun şikayəti əsasında hakimin rüşvət alması faktının vaxtında araşdırılmamasına etiraz olaraq may ayının 5- də piket keçirilməsini istəyir.

O, bu barədə Azərbaycan Respublikası prezidentinə və baş prokurora müraciət ünvanlayıb.

Məlumatda qeyd olunur ki, Göyçay Məhkəməsində baş verən korrupsiya əməli haqda Baş prokurorluğa, Prezident Administrasiyasına və Ədliyyə nazirliyinə müraciət edilsə də bu günə qədər hər hansı ciddi araşdırılma aparılmayıb. Vəziyyət belə olduqda bizi məcbur edirlər ki, Göyçay rayon məhkəməsi qarşısında piket keçirək. Niyə vətəndaşın haqlı tələblərini hüquq-mühafizə orqanları vaxtında araşdıraraq bizə nəticəsi barədə məlumat vermirlər?

Etirazlara qanunla müəyyən olunmuş qaydada və müddətdə baxılaraq bizə cavab verilmədiyi təqdirdə mən və narazı Göyçay rayon sakinləri "Korrupsuyaya son" şüarları ilə 05 may 2013-cü il tarixində Göyçay rayon məhkəməsi qarşısında piket keçirəcəyik.

Xatırladaq ki, Vidadi İsgəndərli Azərbaycanda bu il oktyabr ayında keçiriləcək prezident seçkilərində namizədliyini irəli sürüb.(qafqazinfo)


AzNews.az