- Köhnə - Cəmiyyət
- 15 Aprel 2013 09:10
- 28 953
“Gündəlik”lərdə reklamdan imtina edildi - Eksklüziv
Yeni tədris ilindən etibarən şagirdlərə veriləcək “Məktəbli kitabçası” tamamilə yenilənib
Ötən tədris ilində "Gündəlik" kimi tanınan "Məktəbli katabçası"nda reklamlara geniş yer verilməsi müzakirələrə səbəb olduğundan yeni kitabçalarda reklamlardan imtina olunub. Yeni kitabçalarda ancaq son səhifədə təhsilə dəstək layihəsi çərçivəsində əlaçı şagirdlərə təsis edilən mükafat fondu haqqında reklam yerləşdirilib.
Bundan başqa təhsil sistemində 1-5-ci siniflərdə milli kurikulumun tətbiqi ilə əlaqədar "Məktəbli kitabça"sı da ayrılıb. Yeni tədris ilindən etibarən 1-6-ci siniflər və 7-11-ci siniflər üçün "Gündəlik"lər ayrı olacaq.
1-6-ci siniflər üçün nəzərdə tutulan yeni "Gündəlik"lərdə kurikuluma uyğun yeni qiymətləndirmə sisteminin tətbiqi ilə əlaqədar bır sıra yeniliklər var. Belə ki, kitabçalarda şagirdlərin formativ qiymətləndirməsinin nəticələri üçün xüsusi qrafalar nəzərdə tutulur. Bundan başqa hər iki "Məktəbli kitabçası"nda bayram, əlamətdar hadisə və hüzn günləri ilə bağlı ayrıca qeydlər var. Bu qeydlər hadisənin təsadüf etdiyi günə uyğun olaraq yazıldığından şagirdlərin həmin günlərdə "Gündəlik"də əlavə qeyd aparmasına ehtiyac qalmayacaq.
Yeni kitabçalarda həmçinin şagirdin psixoloji xasiyyətnaməsi, müəllimlərin qeydləri, yol hərəkəti qaydalarına xüsusi səhifələr ayrılıb.
Yeni "Məktəbli kitabçası"nın ən böyük iradı isə üz qabığının olduqca nazik və davamsız olmasıdır.
Elnarə
AzNews.az