- Köhnə - Cəmiyyət
- 18 Aprel 2013 10:18
- 2 485
“Əcnəbilər qarşısında Azərbaycan dilini bilmək tələbinin qoyulmasına ehtiyac yoxdur”
APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib.
Rusiyada tətbiqinə başlanılmış belə bir metodun Azərbaycanda tətbiqi ilə bağlı sualı cavablandıran komitə sədrinin sözlərinə görə, ölkədə bütün şirkətlərdə yazışmalar və sənədləşmə işləri dövlət dilində aparılır. Ona görə də belə bir qaydanın tətbiqinə zərurət yoxdur.
Ə. Hüseynli bu günlərdə Miqrasiya Məcəlləsi layihəsinin parlamentə daxil olduğunu qeyd edib. Ə. Hüseynlinin yaxın günlərdə sənədin komitədə müzakirəyə çıxarılacağını deyib: "Bu sənəd daxili və xarici miqrasiya proseslərini tənzimləyəcək".
AzNews.az