Abort edənlərin cəzaları sərtləşdirilir

Azərbaycanda xüsusi ali tibbi təhsili olmayan şəxs tərəfindən abort etmə faktına görə cəzalar sərtləşdirilir.

Milli Məclisdən APA-ya verilən məlumata görə, bununla bağlı Cinayət Məcəlləsinin 141.2. maddəsinə dəyişiklik müzakirəyə çıxarılacaq.

Dəyişikliyə əsasən, xüsusi ali tibbi təhsili olmayan şəxs tərəfindən abort etmə 360 saatdan 400 saata qədər ictimai işlər və ya bir ilədək müddətə islah işləri ilə cəzalandırılacaq. Layihə Milli Məclisin 30 aprel tarixli iclasında müzakirəyə çıxarılacaq. Xatırladaq ki, maddənin hazırda qüvvədə olan variantına əsasən, eyni əmələ görə 300 manat miqdarında cərimə və ya 180 saatdan 200 saatadək müddətə ictimai işlər ilə cəzala tətbiq olunur.

AzNews.az