- Köhnə - Cəmiyyət
- 24 Aprel 2013 08:16
- 2 810
Siyasi məhbusların qəzetləri Gülər Əhmədovaya verilir
Bildirilir ki, oxumaq istədikləri qəzetlərdən məhrum olan fəalların arasında "Yeni Müsavat"ın yazarı Tofiq Yaqublu, İlqar Məmmədov, habelə "Nida" təşkilatının üzvü olan gənclər də var. Onlar ötən həftə "Yeni Müsavat" qəzetinə abunə yazılıblar, ancaq hələ də öz qəzetlərini alıb oxuya, ölkədə və dünyada baş verən olaylardan xəbər tuta bilmirlər.
Məlumatlı mənbənin verdiyi xəbərə görə, qəzetləri ittiham olunan şəxs qismində saxlanılan siyasi fəallara çatmamasının əsas baiskarı təcridxananın rəisidir. O, göstəriş verib ki, adı çəkilən şəxslərə qəzet verilməsin. Onun göstərişinə əsasən qəzetlər sabiq deputat Gülər Əhmədovaya verilir, sonra isə ondan geri alınır.
Aparılan araşdırmanın nəticəsində məlum olub ki, rəisin bu hərəkətinin səbəbi çox sadədir. O bu barədə soruşanlara bildirib ki, fəallara qəzet verilməsi barədə ona yuxarıdan heç bir göstəriş verilməyib, ona görə də o, həmin şəxslərin abunə olduğu qəzetlərin onlara çatmasının qarşısını alır.
Qeyd edək ki, penitensiar xidmətə dair qanunvericiliyə əsasən təcridxanada, eləcə də cəzaçəkmə müəssisəsində saxlanılan şəxslərin istədikləri qəzetə abunə olmaq və onu əldə etmək haqqı var.
Göründüyü kimi, rəis qanunvericiliyin tələblərini pozur.//musavat.com//
AzNews.az