- Köhnə - Cəmiyyət
- 24 Aprel 2013 13:18
- 8 772
Qüdrət Həsənquliyevin facebook səhifəsi yarandı
Facebook sosial şəbəkəsində BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyevin səhifəsi yaradılıb. Səhifənin baş admini BAXCP sədrinin siyasi məsələrə üzrə müavini Niyaməddin Orduxanlı mətbutata bildirib ki, "Qudrat Hasanquliyev" səhifəsinin yaradıcısı odur: "Bu səhifəni mən yaratmışam. Səhifə BAXCP sədrinin rəsmi səhifəsi olacaq. Bu gün Azərbaycan cəmiyyətində facebook mühüm bir informasiya məkanına çevrilib. Artıq bir milyon insan facebooka qoşulub. İstifadəçilərin də 80% gənclərdir. Yeni nəsil demək olar ki, günün əksər hissəsini burada keçirdir. Ən tez yayılan xəbər də, məhs facebook vastəsi yayılır. Demək olar ki, bütün siyasət adamlarının rəsmi səhifələri mövcuddur. Qarşıdan prezident seçkiləri gəlir. BAXCP sədrinin prezident seçkilərində iştirakını və bir çox məsələləri nəzər alıb bu səhifəni yaratmaq fikirinə gəldim. Bu təşəbbüsümü BAXCP sədri müsbət qarşıladı. Səhifə mənim tərəfimdən idarə olunacaq. Düşünürəm ki, qısa bir müddət də "Qudrat Hasanquliyev" səhifəsi Azərbaycanın ən böyük səhifələrindən biri olacaq. Bu səhifənin böyüməsi üçün 5 nəfər fəaliyyət göstərəcək".