- Köhnə - Cəmiyyət
- 25 Aprel 2013 15:20
- 8 847
Lalə Şövkət Milli Şuraya dəvət olundu

Bu fikirləri "El" hərəkatının funksioneri Eldəniz Quliyev deyib.
E.Quliyev Azərbaycan Liberal Partiyasının lideri Lalə Şövkətin Rüstəm İbrahimbəyovun ideya müəllifi olduğu Milli Şuraya qoşulmasını arzu etdiklərini vurğulayıb.
Onun fikrincə, Lalə Şövkətin Milli Şuraya qoşulması qurumun xeyrinə olacaq.
"Lalə xanım istənilən birliyə demokratik ab-hava gətirə bilər. Onu Milli Şurada görmək istəyirik. Lalə Şövkətin Milli Şurada təmsil olunmağı ancaq bizim xeyrimizə olacaq"-deyə o, bildirib.
Xatırladaq ki, ALP sədri Əvəz Temirxan müsahibəsində partiya lideri Lalə Şövkətin Milli Şura ideyasına müsbət yanaşdığını, ideyanı dəstəkləyə biləcəklərini bildirmişdi.//modern.az//
AzNews.az