Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Dövlət Məşğulluq Xidməti tərəfindən Gəncədə keçirilən əmək yarmarkasına 514 boş iş yeri çıxarılıb Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Dövlət Məşğulluq Xidməti tərəfindən Gəncədə keçirilən əmək yarmarkasına 514 boş iş yeri çıxarılıb

Gəncədə əmək yarmarkası keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Dövlət Məşğulluq Xidməti tərəfindən Gəncədə keçirilən əmək yarmarkasına 514 boş iş yeri çıxarılıb



Gəncə şəhər Məşğulluq Mərkəzinin direktoru Abil Tağıyevin APA-nın qərb bürosuna verdiyi məlumata görə, cari ilin ilk əmək yarmarkası əhalinin sosial müdafiəsinin gücləndirilməsi və məşğulluğun səviyyəsinin artırılması ilə bağlı təşkil olunub.

O qeyd edib ki, yarmarkaya 64 müəssisə tərəfindən 514 boş iş yeri çıxarılıb, bunun da 258-i dövlət, 256-sı isə özəl müəssisələrə aiddir. Təklif olunan iş yerlərinin 272-si fəhlə, 157-si qulluqçu, 85-i isə xidmət sektoruna aiddir.

Yarmarkada təklif olunan əmək haqqı 100-632 manat civarında dəyişib. Müraciətçilər arasında gənclər üstünlük təşkil edib. Yarmarkada işaxtaranların sayı 1 200-dən artıq olub.

AzNews.az