- Köhnə - Cəmiyyət
- 1 May 2013 12:14
- 2 883
TQDK-dan yeni təklif

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Azərbaycanda hazırlanan xarici dil dərsliklərinin içərisində disklərin olmasını vacib hesab edir
TQDK-nın ümumtəhsil fənləri üzrə dərsliklərin, dərs vəsaitlərinin və digər tədris vasitələrinin elmi-metodiki monitorinqi şöbəsinin müdiri Afiqə Batıyeva APA-ya açıqlamasında deyib ki, bu məsələ hələlik həll edilməyib. Onun sözlərinə görə, bu gün yalnız informatika dərsliyinin içərisində disk var: "Xarici dil üzrə hazırlanan dərsliklərdə diskin olmasını vacib hesab edirik. Dilin öyrənilməsində şagirdlər yalnız müəllim öyrətdiyindən asılı qalmamalıdır. Çünki dərslik müəllifinin tələffüzü təkmilləşmiş olmaya da bilər. Amma audio vasitə olanda şagirdlər xarici dili daha yaxşı mənimsəyə bilərlər".
A. Batıyeva qeyd edib ki, TQDK tərəfindən elektron dərsliklərin hazırlanması da təklif olunur. Onun sözlərinə görə, bunun üçün dərslik eyni proqram əsasında elektron şəkildə hazırlanır və ekspertizadan keçilir: "Təsdiq olunduqdan sonra dərsliyin elektron versiyasına parol və loqin qoyulur, məktəblərə verilir və müəllimlər həmin paroldan istifadə edərək dərsi kitabdan yox, internet vasitəsilə keçirlər. Qonşu ölkələrdə belə təcrübə var. Yəqin ki gələcəkdə bu üsul Azərbaycanda da tətbiq oluna bilər".
AzNews.az