Bu gün Azərbaycan Hüquqşünaslar Konfederasiyasının təşkilatçılığı ilə “İnsan Hüquqları üzrə islahatlar: Diffamasiya haqqında qanunvericilik perspektivləri” mövzusunda tədbir keçirilib Bu gün Azərbaycan Hüquqşünaslar Konfederasiyasının təşkilatçılığı ilə “İnsan Hüquqları üzrə islahatlar: Diffamasiya haqqında qanunvericilik perspektivləri” mövzusunda tədbir keçirilib

Bakıda insan hüquqları ilə bağlı tədbir keçirildi

Bu gün Azərbaycan Hüquqşünaslar Konfederasiyasının təşkilatçılığı ilə “İnsan Hüquqları üzrə islahatlar: Diffamasiya haqqında qanunvericilik perspektivləri” mövzusunda tədbir keçirilib




AZNEEWS.AZ-ın məlumatına görə, tədbirə moderatorluq edən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev bildirib ki, vaxtaşırı vətəndaş cəmiyyəti ilə digər tərəflər arasında çoxtərəfli dialoqlar təşkil edirlər: "Bu gün biz beynəlxalq təşkilatların, hakimiyyət nümayəndələrinin, QHT və KİV təmsilçilərinin iştirakı ilə cəmiyyətimiz üçün çox əhəmiyyətli məsələni müzakirə edirik. Məlum olduğu kimi artıq xeyli müddətdir "Diffamasiya haqqında" qanunun müxtəlif sferalarda müzakirəsi gedir. Bu günki tədbir Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası başda olmaqla bir neçə qurum tərəfindən dəstəklənir. Biz zaman-zaman cəmiyyət üçün faydalı olan və aktual əhəmiyyət kəsb edən mövzularla bağlı hakimiyyət, vətəndaş cəmiyyəti və diplomatik korpus nümayəndələri arasında dialoqun qurulmasına çalışırıq. Bu toplantıda da bizim həm qanunverici orqanın təmsilçisi kimi Əli Hüseynlini dinləmək, eyni zamanda Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun bu məsələ ilə bağlı mövqeyi ilə tanış olmaq, həmçinin vətəndaş cəmiyyəti sektorunun nümayəndələrini eşitmək üçün tam imkanımız var. Mən əksəriyyətin mövqeyi ilə tanışam və bilirəm ki, hansı vasitə ilə edilməsindən asılı olmayaraq heç kim təhqirin, böhtanın cəmiyyətdə ayaq açmasına razı deyil. Buna görə geniş formatda olan bu tip müzakirələri çox faydalı saymaqla yanaşı, düşünürəm ki, arzu edilərsə bütün tərəflərin iştirakı ilə ekspertlər səviyyəsində işçi qrupu yaradaraq daha səmərəli dialoq aparmaq da olar".

Tədbirdə, həmçinin, Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, millət vəkili Əli Hüseynov, ABŞ İnkişaf Agentliyinin demokratiya və idarəçilik ofisinin rəhbəri Ronald Qlas, Mətbuat Şurasının sədri Əflatun Amaşov, Amerika Hüquq Asosiyasyasının ölkəmizdəki nümayəndəsi Robert Stil, ATƏT-in Bakı ofisinin rəhbəri Koray Tarqay və digər şəxslər çıxış ediblər.

AzNews.az