“Zaminbank” Mərkəzi Bankın tələblərini vaxtından əvvəl yerinə yetirib- R

Azərbaycan Respublikası Mərkəzi Bankının 25 iyul 2012-ci il tarixli qərarı ilə fəaliyyətdə olan bankların məcmu kapitalının 01 yanvar 2014-cü il tarixədək 50 mln. manata çatdırılması qərara alınıb.



"Zaminbank" məcmu kapitalını 1 iyun 2013-cü il tarixinə 52,85 mln. AZN manata çatdırmışdır, bu isə 01 yanvar 2013-cü il tarixinə müqayisədə 10,2 mln. AZN, ötən ilin analoji dövrü ilə müqayisədə isə 25,6 mln. AZN artımla müşahidə olunub. Bu da öz növbəsində Mərkəzi Bankın, kapital artımı ilə bağlı banklar qarşısında qoyduğu tələbinin vaxtından əvvəl icra olunduğunu göstərir.

İyirmi ildən artıq tarixi olan "Zaminbank" Azərbaycan daxilində müştərilərin etimadını qazanmaqla yanaşı Respublikanın hüdudlarından kənarda da qazana bilmişdir. Müasir texnologiyaların tətbiqi nəticəsində bank xarici bazarda özünə məxsus yer tutmuşdur. Bank tərəfindən risklərin qiymətləndirmə və idarəolunmasına ölçülmüş yanaşma, investorların və maliyyə bazarının digər iştirakçılarının da banka olan etibarını artırmışdır.

AzNews.az