Moldavanın Ombudsmanını BAXCP ilə nə birləşdirir? - FOTO

Azərbaycanın ən böyük "Facebook" qrupu olan "Niyaməddin Orduxanlı" qrupunun üzvlərinin sayı 250 000 keçib. Bu barədə BAXCP sədrinin müavini və qrupun rəhbəri Niyaməddin Orduxanlı məlumat verib. Onun sözlərinə görə, qrup hazırda 251 000 üzvü birləşdirir: "Çox qısa müddətdə bu uğuru əldə etdik. Qrup da təmsil olunan şəxslərin böyük əksəriyyəti gənclərdir. Bu gün Azərbaycan gənclərinin böyük əksəriyyəti sosiallaşıb. Çox aktiv formada qrupda fəaliyyət göstərirlər. Bütün qrup üzvlərinə də eyni hüququ vermişəm. Hər kəs status yaza, istənilən məsələyə öz rəyini bildirə bilir. Etik qaydaları pozan şəxsləri isə dərhal xəbərdarlıq edilmədən qrupdan kənarlaşdırıram. Qrupda əsasən siyasi, iqtisadi, mədəni və sosial yönümlü müzakirələr yayılır".

N.Orduxanlı qeyd edib ki, bu gün "Facebook" geniş təbliğat vasitəsidir. Onun fiklrincə, bundan geniş istifadə edilməlidir. "Şəxsən mən BAXCP təmsilçisi kimi partiyanın açıqlamasını, verdiyi bəyanatı qrupda yayıram. Digər partiyalar da öz təbliğatlarını aparırlar. YAP təmsilçiləri də prezident İlham Əliyevin təbliğatını aparırlar. Prezidentin keçirdiyi görüşlərin, verdiyi müsahibələri qrupda yayırlar. Bəzən sayt rəhbərləri də informasiyalarını qrupda yayılmasında maraqlı olurlar. Nəzərə alın ki, həmin xəbəri anındaca 251 000 insanın profilində görünür"- deyə, BAXCP rəsmisi bildirib.

BAXCP sədrinin müavini qrupun böyüdülməsi işini yenə də davam edəcəyini deyib: "Ola bilsin ki, bu gün ölkənin ən böyük sosial qrupu olduğuna görə, gün ərzində qrupa qoşulmaq istəyənlərin sayı xeyli çox olur. Qrupun böyüdülməsi istiqamətində isə yenə də gənclər fəaliyyət göstərəcək. İstəyirəm ki, qrup üzvlərinin sayı ən azı 400 000 keçmiş olsun. Qrup üzvləri arasında Milli Məclisinin deputatları hörmətli Azay Quliyev, Aydın Mirzəzadə, Adil Əliyev, Fazil Qəzənfəroğlu, Qənirə Paşayeva, Sevinc Fətəliyeva, Zahid Oruc, Musa Urud, Etibar Hüseyn və ölkənin tanınmış QHT sədrləri, incəsənət və mədəniyyət xadimləri, siyasi partiya rəhbərləri də var".

N.Orduxanlı bildirib ki, dünən qrupa Moldovanın Ombudsmanı Aurelia Qriqoriu da üzvlüyə qəbul olunub: "Onunla bağlı qrup admini kimi status yazdım. İlk öncə xanım Aurelia xanıma dostluq göndərdim və o da dərhal dostluq təklifimi qəbul etdi. Bundan sonra mən xanımı qrupa əlavə etdim. Qrupda xanımla bağlı geniş təşəkkür statusu yazdım. Bunu bir mənəvi borc bildim. İstəyirəm ki, xanım Aurelia Qriqoriu görsün ki, Azərbaycan xalqının bütün təbəqələri onun Ermənistanda tutduğu cəsarətli mövqeyinə görə təşəkkürünü bildirir. Xanıma həmçinin yazdım ki, həmin hadisə ilə bağlı BAXCP İdarə Heyətinin qərarı da olub".

AzNews.az