- Köhnə - Cəmiyyət
- 9 İyul 2013 16:28
- 2 860
Azərbaycanda bir sıra qanunlar ləğv edilir

Milli Məclisin qərarına əsasən, Azərbaycan Respublikasında qüvvədə olan qanunlar və digər normativ hüquqi aktlar bu qanunla təsdiq edilmiş Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinə uyğunlaşdırılanadək həmin Məcəlləyə zidd olmayan hissədə tətbiq edilir.
Miqrasiya Məcəlləsi qüvvəyə mindiyi gündən aşağıdakı qanunlar ləğv edilir:
- "Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi vəziyyəti haqqında" Azərbaycan Respublikasının 1996-cı il 13 mart tarixli Qanunu;
- "İmmiqrasiya haqqında" Azərbaycan Respublikasının 1998-ci il 22 dekabr tarixli Qanunu;
- "Əmək miqrasiyası haqqında" Azərbaycan Respublikasının 1999-cu il 28 oktyabr tarixli Qanunu;
- "Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının ərazisindən tranzit keçidi qaydaları haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə" Azərbaycan Respublikasının 2002-ci il 27 dekabr tarixli Qanunu.
Bu Qanun 2013-cü il avqustun 1-dən qüvvəyə minir.
AzNews.az