Həbs olunan gənclərlə bağlı bəyanat verildi


Milli Şurası iyulun 14-də saxlanılan Milli Şuranın İcra Aparatının və Seçki Qərargahının sosial şəbəkələr üzrə xidmət rəhbəri, Azad Gənclik Təşkilatının İdarə Heyətinin üzvü Ülvi Həsənli, eyni təşkilatın İdarə Heyətinin başqa bir üzvü Məcid Mərcanlı və "NİDA" Vətəndaş Hərəkatı İdarə Heyətinin üzvü Kənan Qasımlının həbsini pisləyən bəyanat yayıb.

AzNews.az-a daxil olan bəyanatda bildirilir ki, son həbslər narahatlıq doğurur.

Milli Şura siyasi motivlərlə həbsə atılanların dərhal azad olunmasını, siyasi təzyiqlərə son qoyulmasını tələb edir.

AzNews.az