Yediyimiz ən zərərli qidalar - SİYAHI

Qeyri-düzgün qidalanma birbaşa ürək xəstəliklərinə, piylənməyə, mədə-bağırsaq traktının xəstəliklərinə aparıb çıxarır.


AzNews.az diabet.az-a istinadən bildirir ki, yağlı qida çəkinin artmasına gətirib çıxarır. Tərkibində çoxlu miqdarda qida əvəzediciləri və rəngləyicilər olan qidaların bolluğu tədricən orqanizmi zəhərləyir, lakin həm də alışmaya səbəb olur. Bişmiş qida doyma hissini kütləşdirir. Qaba bitki mənşəli qida həzm sisteminin işini stimullaşdırır. Ona görə də gündəlik qida rasionunu elə təşkil etmək lazımdır ki, onun tərkibində bacardıqca çox çiy meyvə və tərəvəz olsun.

Zərərli ərzaqların siyahısı:

1. Çeynənən konfetlər, pastila, "meybonlar", "çupa-çups". Onların tərkibində küllü miqdarda şəkərlər, kimyəvi əlavələr, rəngləyicilər, qida əvəzediciləri və s. vardır.

2. Həm kartof, həm də qarğıdalı çipsləri - orqanizm üçün çox zərərlidirlər. Çipslər rəngləyicilərin və dad əvəzedicilərinin, karbohidratlarla yağların qarışığından başqa bir şey deyildir. Həmçinin kartofel-frinin yeyilməsi də yaxşı heç nə vəd etmir.

3. Şirin qazlı ickilər şəkərlərin, kimyəvi maddələrin və qazların qarışığıdır – bu isə orqanizmdə zərərli maddələrin tez yayılması üçündür. Məsələn Coca-cola içkisi ərp və pası təmizləmək üçün ən yaxşı vasitədir. Qazlı şirin içkilərin tərkibindəki şəkərin miqdarının yüksək konsentrassiyası çox ziyanlıdır, belə ki, 1 stəkan suda həll olunmuş 4-5 çay qaşığı şəkər tozuna ekvivalentdir. Odur ki, siz qazlı su ilə susuzluğunuzu yatızdırdıqdan 5 dəqiqə sonra yenə də maye içmək istəyirsiniz.

4. Şokolad batonları. Bu giqant miqdarda kalorinin kimyəvi əlavələr, genetik modifikasiyalaşmış məhsullar, rəngləyicilər və aromatizatorlarla birləşməsindən ibarətdir.

5. Sosislər və kolbasalar. Ətli delikateslər ən zərərli ərzaqlardan biri olaraq qalırlar. Onlar tərkibində gizli yağlar adlanan (donuz dərisi, salo, iç piyləri) və aromatizatorlar və dad əvəzediciləri ilə pərdələnən yağlara malikdirlər. Bir çox ət məhsulları istehsalçıları transgenlərdən istifadə edirdilər. Belə ki, kolbasaların, sardelkaların, sosislərin 80%-i (!) transgen soyadan ibarətdir.

6. Yağlı ət damarlarda xolesterin yığıntılarının əmələ gəlməsinə səbəb olur ki, bu da orqanizmin qocalmasını sürətləndirir və ürək damar xəstəliklərinin yaranmasına gətirib çıxarır.

7. Mayonez. Mayonez çox kalorili ərzaqdır, bundan başqa, onun tərkibində çoxlu miqdarda yağlar və karbohidratlar vardır, həmçinin rəngləyicilər, şirinlik verən maddələrə, qida əvəzedicilərinə və s. malikdir. Zərərli ərzaqlara yalnız mayonez yox, həmçinin ketçup, müxtəlif souslar və ədviyyatlar da aiddir. Təəssüf ki, bunların da tərkibində rəngləyicilər, dad əvəzediciləri, gen-modifikasiyalı ərzaqlar az deyildir.

8. Tez hazırlanan əriştə. Bu, şübhəsiz, orqanizmə ziyanlı olan kimyəvi maddələrlə zəngindir.

9. Duz. Duz təzyiqi qaldırır, orqanizmin duz-turşu balansını pozur, toksinlərin toplanmasına imkan yaradır. Əgər ondan imtina edə bilmirsinizsə, onda çalışın, onun istifadəsini minimuma endirəsiniz.

10.Alkoqol. Hətta ən kiçik miqdarda belə vitaminlərin mənimsənilməsinə mane olur. Bundan əlavə, alkoqol özlüyündə çox kalorilidir.

AzNews.az