10 nəfərə fəxri ad verildi - Sərəncam

Azərbaycan Prezidenti İlham Əliyev Şirvan şəhərinin sosial-iqtisadi inkişafında xidmətləri olan şəxslərə fəxri adların verilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, Şirvan şəhərinin yaradılmasının 50 illiyi münasibətilə və şəhərin sosial-iqtisadi inkişafındakı xidmətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikasının fəxri adları verilsin:

"Əməkdar Müəllim"

Həziyev Məlikməhəmməd Babaxan oğlu
Vəliyeva Xumar Sərdar qızı

"Əməkdar Həkim"

Cavadov Ədalət Əsgər oğlu
Qədirov Şakir Vəzir oğlu

"Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi"

Qarayev Əvəzağa Sabir oğlu

"Əməkdar Jurnalist"

Hüseynov Tofiq Yadulla oğlu

"Əməkdar Mühəndis"

Cəbrayılov İbadət Səfər oğlu
Məmmədov Usubağa Mirzəmməd oğlu
Yusifov İltizam Balayusif oğlu

"Əməkdar Mədəniyyət İşçisi"

Hacıyeva Şəfaqət Mirzəcan qızı


AzNews.az