“Bayram ərəfəsində istehlak qiymətləri sabitdir“

İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti Ramazan bayramı ilə əlaqədar monitorinqlərin keçirilməsini aktivləşdirib.

Bu barədə çərşənbə günü Trend-ə nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Abbas Əliyev bildirib:

"Dövlət Xidməti Ramazan bayramında qiymətlərin süni şəkildə artırılması faktlarının aşkar olunmasına yönəldilmiş müntəzəm monitorinqlərin keçirilməsini intensivləşdirib".

Onun sözlərinə görə, bazarlarda ərzaq mallarının qiymətlərinin sabit dinamikası saxlanılır və dəyişikliklər qeydə alınmayıb.

Qeyd edək ki, bu il Azərbaycanda Ramazan bayramı avqustun 8-də və 9-da qeyd olunacaq.

AzNews.az