İlham Əliyevin Kürdəmir rayonuna səfəri başladı

Avqustun 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Kürdəmir rayonuna səfər edib.

Dövlətimizin başçısı əvvəlcə Kürdəmir şəhərinin mərkəzindəki Heydər Parkında xalqımızın Ümummilli Liderinin abidəsi önünə gül dəstəsi qoyub.

Rayon icra hakimiyyətinin başçısı İrşad Əliyev Azərbaycan Prezidentinə abidənin yerləşdiyi Heydər Parkında görülən abadlıq- quruculuq işləri barədə məlumat verib.

AzNews.az