İTV-də yeni təyinatlar: Cəmil Quliyev özünə müavin gətirdi

İctimai Televiziya və Radio Yayımları Şirkətində yeni təyinatlar olub. Qurumun rəsmi saytında yer alan məlumata görə, Nazim Mürsəlov İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktor müavini, Abbas Rüstəmov İctimai Radionun proqram direktoru, Sənan Orucov reklam və marketinq departamentinin, Zaur Mahmudov isə gənclər, elm və təhsil verilişləri departamentinin direktoru təyin olunub.

Yeni təyinatlar Baş direktor Cəmil Quliyevin təqdimatına əsasən Yayım Şurası avqustun 12-də keçirilən iclasında təsdiqlənib.