Üçəm dünyaya gətirən qadın Mehriban Əliyevadan kömək istədi

Bir neçə gün əvvəl Respublika Perenetal Mərkəzdə dünyaya gələn üçəmlərdən biri vəfat edib.

AzNews.az-a daxil olan məlumata görə, İlhamə Quliyevanın dünyaya gətirdiyi uç oğlandan birinin vəfat etməsinə səbəb uşağın çəkisinin az olması olub.

Cərrahiyyə əməliyyatını həyata keçirən həkim Vəfa Babayeva AzNews.az.a bildirib ki, onun həkimlik təcrübəsində üçəm uşaqların dünyaya gəlməsi ilk hadisə deyil: "Bir neçə gün əvvəl İlhamə adlı başqa bir qadın da üçəm dünyaya gətirib. Onun hər 3 uşağın vəziyyəti yaxşıdır".

Hələlik uşaqların və ana İlhamə Quliyevnın evə buraxılmadığını deyən həkim bunun səbəbini qadında qrip əlamətlərini olması ilə əlaqələndirib. Bu arada isə İlhamə Quliyeva və onun həyat yoldaşı İlham Quliyev ölkənin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya müraciət edib.

Ağsunun Alxaslı kəndində yaşayan ailənin müraciətində maddi vəziyyətinin ağır olduğunu bildirərək dünyaya gələn körpələrə qayğı gəstərilməsi üçün yardım istəyib. Qeyd edək ki, İlhamə və İlham Quliyevlər 2001-ci ildə ailə həyatı qursalar da bu, onların ilk övladlarıdır.

Elnarə
AzNews.az