İlham Əliyev qırğız həmkarı ilə görüşdü - FOTO

Avqustun 15-də Qəbələdəki prezident iqamətgahında Azərbaycan prezidenti İlham Əliyevin və ölkəmizdə səfərdə olan Qırğız Respublikasının prezidenti Almazbek Atambayevin görüşü olub.

APA-nın məlumatına görə, görüşdə Qəbələdə keçiriləcək Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının III Zirvə toplantısının əhəmiyyəti vurğulanıb, bu tədbirin ölkələr arasında siyasi, iqtisadi, humanitar, mədəni sahələrdə əməkdaşlığa təkan verəcəyi qeyd olunub.

Azərbaycanla Qırğız Respublikası arasında ikitərəfli əlaqələrin inkişafının vurğulandığı görüşdə nəqliyyat sahəsində əməkdaşlığın yaxşı perspektivlərinin olduğu bildirilib.

Söhbət zamanı müxtəlif sahələrə dair geniş fikir mübadiləsi aparılıb.

AzNews.az