MDB-nin müşahidə missiyasının qərargahı fəaliyyətə başlayır

MDB-nin Azərbaycanda keçiriləcək prezident seçkilərində müşahidə missiyasının qərargahı sabah fəaliyyətə başlayacaq. Bu barədə Trend-ə təşkilatdan bildirilib.

Məlumatda deyilir ki, sabah MDB-nin İcraiyyə Komitəsi sədrinin müavini Vladimir Qarkun Azərbaycanın Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovla görüşəcək.

Uzunmüddətli müşahidəçilər missiyasının heyəti artıq formalaşıb. Bura İcraiyyə Komitəsinin əməkdaşları, o cümlədən Bakıda akkreditə olan MDB ölkələrinin diplomatik missiyalarının nümayəndələri daxildirlər.

MDB-nin İcraiyyə Komitəsinin sədri, icraçı katib Sergey Lebedev təşkilatın Azərbaycanda keçiriləcək prezident seçkilərində müşahidə missiyasına rəhbərlik edir.

Azərbaycanda prezident seçkilərinin keçirilməsi oktyabrın 9-da nəzərdə tutulub.

AzNews.az