Prezident amerikalı həmsədri qəbul etdi

Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 9-da ATƏT-in Minsk qrupunun yeni təyin olunmuş amerikalı həmsədri Ceyms Uorliki qəbul edib.

Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqların hazırkı vəziyyəti və perspektivlərinə dair məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

ATƏT-in Minsk qrupunun yeni təyin olunmuş amerikalı həmsədri Ceyms Uorlik Birləşmiş Ştatların Prezidenti Barak Obamanın məktubunu dövlətimizin başçısına təqdim edib.

AzNews.az