Qəbul imtahanının nəticələri açıqlandı

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) rezidenturaya keçirilən qəbul imtahanının nəticələrini açıqlayıb.

TQDK-nın mətbuat xidmətindən verilən məlumata görə, qəbul imtahanının nəticələri TQDK-nın rəsmi internet saytında yerləşdirilib.

Qeyd edək ki, rezidenturaya qəbul imtahanının ilk mərhələsi sentyabrın 9-da, ikinci mərhələsi isə bu gün keçirilib. İmtahanda iştirak etmək üçün ərizə qəbulu internet vasitəsilə avqustun 18-dən 23-dək aparılıb və 1297 nəfər elektron ərizə dolduraraq təsdiq etdirib. Onlardan 942-si qız, 355-i oğlandır. Rezidenturada qəbul aparılacaq plan yerlərinin sayı 528-dir.

AzNews.az