Restoranda erməni mahnısı səsləndirilir - Bakıda

Bakının mərkəzindəki "Xan bağı" restoranında günün günorta çağı erməni mahnıları səsləndirilir. Ötən gün müştərilərdən biri restoran sahibinə etiraz edib və "Xan bağı"nı tərk edib. O, bildirib ki, restoranda erməni müğənnisi Bokanın rus dilində ifa etdiyi mahnılar səsləndirilir. Buna müştərilər etiraz etsələr də, mahnı səsləndirilməkdə davam edib.

"Xan bağı" restoranının administratoru ilə əlaqə saxlayıb məsələyə münasibət öyrəndik. Restoran rəhbərliyi dili dolaşa-dolaşa restoranda yalnız canlı ifalar səsləndirildiyini söylədi. "Bizdə ancaq canlı müsiqilər səsləndirilir. Həm də restoranımızda musiqilər gecə yarısında başlanılır. İfaçılarımız isə Rö..(Röya demək istəyirdi-red) Ağdamdan, muğam ifaçılarıdır. Ona görə də deyilənlər yalnışdır. Lap gəlib özünüz də yoxlaya bilərsiniz".

Məsələ ilə Qarabağlı deputatların da fikirlərini öyrənilib. Millət vəkili Flora Qasımova ermənilərin bizim mahnıları oğurlayıb oxuduqları halda Azərbaycanda erməni mahnılarının səsləndirilməsindən təəccüb etdiyini söyləyib. Deputat mahnını səsləndirənlərdən çox onu dinləyənlərə kəskin etirazını bildirib.

"Niyə müştərilər gedib öz etirazlarını bildirməyiblər. Bizim musiqilərə nə gəlib ki, biz erməni mahnısı oxuduruq?. Halbu ki, ermənilər bizim mahnıları oğurlayıb oxuyurlar. Mənim bu məsələyə münasibətim çox pisdir. Niyə bu mahnını eşidənlər dərhal öz etirazlarını bildirib, mahnını kəsdirmiyiblər? Həm də "Xan bağı"-.bu, Xankəndi yaxınlığında bir kənd adıdır. Nətəvan xanım həmin kəndi Məhəmməd ağaya bağışlamışdı. İndi adı "Xan bağı"ı olan bir restoranda erməni mahnısının ifa olunmasına inanmıram. Amma ona da acığım tutur ki, müştərilər yerindəcə öz etirazlarını bildirib müsiqini kəsdirməyiblər".

Millət vəkili Aqil Abbas Bokanın heç bir şəxsi mahnısının olmadığını onun Azərbaycan mahnıları ifa etdiyini deyib. Onun szölərinə görə, Bokanın indi oxuduğu mahnılar qabaqlar Bakıda "qedeş" mahnıları kimi oxunurdu. "Boka kimdir? Onun mahnısı var? Boka Azərbaycan mahnılarını ifa edib. Ermənilər də onu qarğa balasını tərifləyən kimi məşhurlaşdırıblar. Boka bakılıların mahnısını oxuyub. Həmin mahnılar 70-ci illərdə Bakıda oxunulanda heç Boka yox idi. Onun oxuduğu mahnılara "qedeş" mahnıları deyilirdi. İndi onun bir növünü Eyyub Yaqubov oxuyur". Deputatın sözlərinə görə, restoranda səsləndirilən mahnılar erməni mahnısı yox, Azərbaycan mahnısıdır. "Həmin mahnılar bizim mahnılardır. Boka onu oxuyur deyə, biz həmin mahnıları oxutmamalıyıq?. Həmin restoran Qarabağlılarındır. Onlar bunu belə qoymazlar"-deyə millət vəkili bildirib. (modern.az)

AzNews.az
image description