YAP mitinqə hazırlaşır

Yeni Azərbaycan Partiyası (YAP) prezident seçkisi öncəsi bölgələrdə mitinqlər keçirəcək.

Bu barədə açıqlamasında YAP-ın İdarə Heyətinin üzvü, deputat Eldar İbrahimov məlumat verib.

YAP rəsmisinin sözlərinə görə, partiya üzvlərinin iştirakı ilə bölgələrdə mitinqlər təşkil olunacaq:

"Yeni Azərbaycan Partiyası cənab prezident İlham Əliyevin seçki təbliğatı ilə əlaqədar olaraq bölgələrdə görüşlər keçirəcək. Partiyanın fəalları, Siyasi Şura, İdarə Heyəti üzvləri və partiyanın digər sayılıb-seçilən insanları təbliğatla əlaqədar yerlərə gedəcək, görüşlər, mitinqlər keçirəcək. Biz Yeni Azərbaycan Partiyası olaraq öz namizədimizi müdafiə etmək üçün bu tədbirlərə hazırıq, hərçənd ki, bizim namizədimiz İlham Əliyevin təbliğata ciddi ehtiytacı yoxdur"-deyə E.İbrahimov bildirib.(modern.az)

AzNews.az