Pərviz Həşimli məhkəməyə aparıldı

Dünən həbs edilərək MTN-nin təcridxanasına salınan "Bizim yol" qəzetinin əməkdaşı və "Moderator.az" saytının rəhbəri Pərviz Həşimli bu dəqiqələrdə Səbail rayon məhkəməsinə gətirilib və məhkəmənin onun barəsində həbs qətimkan tədbirinin seçəcəyi gözlənilir. Məhkəmə ilə bağlı P.Həşimlinin vəkili Elçin Sadıqova məlumat verilməyib.

Qeyd edək ki, bu gün Pərviz Həşimlinin atası Kamran Həşimovla vəkil Elçin Sadıqov arasında müqavilə bağlanıb. (musavat.com)

AzNews.az