Amerikalı jurnalistlər Dağlıq Qarabağa getmək üçün müraciət etdilər

"New York Times" qəzetinin əməkdaşları Azərbaycanın işğal olunmuş ərazilərinə getmək üçün Xarici İşlər Nazirliyinə müraciət ediblər.


Trend-in məlumatına görə, bunu çərşənbə günü keçirdiyi brifinqdə XİN-in mətbuat xidmətinin rəhbəri Elman Abdullayev deyib:

"Biz dәfәlәrlә bildirmişdik ki, Azərbaycanın Xarici İşlər Nazirliyinə "qara siyahı"dan çıxarılma ilә bağlı müxtəlif şәxslәrdәn müraciәtlәr daxil olur. Onlar Azərbaycan tәrәfinә müraciәt edәrәk rəsmi Bakının razılığını almaq istәyirlәr".

E.Abdullayev bildirib ki, ABŞ-ın "New York Times" qəzetinin Moskva bürosunun müxbirləri Noa Snayder, Viktor Klimenko, Ceyms Hill, Ben Salamon, Devid Herzinkom Azərbaycanın işğal olunmuş ərazilərinə getmək üçün Azərbaycan XİN-ə müraciət ediblər. Hazırda onların müraciətinə baxılır.

AzNews.az